AKTA: 2024-2025-ci illərdə Azərbaycanda 22 milyon manatlıq maliyyə oğurluğu baş verib
Bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov "Bakı Fintex Forum-2025"də çıxışı zamanı deyib.
O qeyd edib ki, qlobal miqyasda 10 trilyon dollar itkinin müqabilində maliyyə sektoru üzrə 1 trilyon dollardan çox zərər baş verib.
“Bulud” platformalarında baş verən məlumat sızmalarının orta dəyəri 5,17 milyon dollar olub. Bütün məlumat sızmalarının 74 faizi insan faktoru ilə bağlıdır. 2024-2025-ci illərdə Azərbaycanda 17 min dələduzluq məqsədli bank kartı əməliyyatı, 22 milyon manatlıq maliyyə oğurluğu baş verib. “Sberbank”ın araşdırmasına əsasən, bu il maliyyə sektorunda dələduzluq nəticəsində 4,2 milyard dollar ziyan baş verəcək”, - deyə Rauf Cabarov vurğulayıb. (azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:19