mobil versiya

" Özbəkistan - ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsi məhsuldar gələcək vəd edir” - Ekspert




Tanınmış jurnalist Vüsal Tağıbəylinin Özbəkistan Xarici İşlər Naziriliyinin nəzdində fəaliyyət göstərən “Dunyo” İnformasiya Agentliyində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin BMT Baş Assambleyasının 80-ci ssesiyasında iştirak üçün Nyu Yorka məlum səfəri ilə bağlı məqaləsi dərc olunub.

Müəllif bildirib ki, Özbəkistan prezidentinin ABŞ-a məlum səfərinin məhsuldar keçdiyini deyə bilərik: həm siyasi, həm də iqtisadi baxımdan. Çünki Özbəkistanın da yer aldığı Mərkəzi Asiya indiki qlobal geosiyasi münaqişələrin alovlandığı bir dövrdə cənab Mirziyoyevin dünyanın supergücü olan ABŞ-la münasibətləri gücləndirmək yönümündə atdığı addımlar birbaşa Özbəkistan dövlətinin və xalqının təhlükəsizliyini gücləndirəcək.

V.Tağıbəyli öz şərhində qeyd edib ki, Çin, Rusiya və Qərbin nüfuz meydanına çevrilən Mərkəzi Asiya regionunun uzunmüddətli sabitliyini təmin eləmək üçün məhz Şavkat Mirziyoyev kimi, şaxələndirilmiş siyasət yürütmək vacibdir. Coğrafi müstəvidə yaxın Çin və Rusiya ilə geniş iqtisadi-siyasi əlaqələri saxlamaqla, Türk Birliyinin möhkəmlənməsinə töhfələr verən Özbəkistan prezidenti həm də Avropa və təbii ki, uzaq Birləşmiş Ştatlarla əməkdaşlığı genişləndirməklə özbək xalqının gələcəyi üçün kapital yatırmış olur.

“Ümumiyyətlə, Şavkat Mirziyoyev heç bir sahədə konkret bir bazara bağlı qalmamağın vacibliyini aydın başa düşür və uyğun addımlar atır. Məsələn, hazırda Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkədən asılı olan bazarları çıxılmaz vəziyyətə salıb. Birləşmiş Ştatlar bazarı isə sabitdir və sanksiyalarla üzləşmə riskindən uzaqdır. Bu baxımdan, Özbəkistan - ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsi məhsuldar gələcək vəd edir”, - müəllif məqalədə qeyd edib.

V.Tağıbəyli qeyd edib ki, yaxın keçmişdə Özbəkistan tərəfi ilə Nyu-Yorkda ABŞ-ın aparıcı şirkətləri ilə çoxsaylı görüşlər keçirilib ki, burada mülki aviasiya, mədənçıxarma, maliyyə və innovasiyalar, kimya, energetika və digər prioritet sahələrdə 100 milyard dollardan çox məbləğdə müqavilələr və perspektivli layihələr portfeli formalaşdırılıb. Yəni iki ölkə arasında ticarət heç də sadəcə Özbəkistanın Birləşmiş Ştatlardan 22 ədəd Boing markalı sərnişin təyyarəsi almaq niyyəti ilə məhdudlaşmır. Xüsusilə bərpa olunan enerji istehsalının genişləndilməsi, yeni strateji mədənlərin axtarışı və hasilatın daha təhlükəsiz şəkildə artırılması, infrastrukturun yenilənməsi və sairlə yanaşı, təhlükəsizlik, terrorizmlə, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq Özbəkistanın inkişafına təkan verəcək amillərdir.

Məqalədə deyilir: “Bu yerdə qeyd edim ki, əlaqələri inkişaf etdirmək yalnız Özbəkistana deyil, elə Vaşinqtonun özünə də lazımdır. Belə olmasaydı, prezident Tramp hökumətin əlaqədar nümayəndələrinə Özbəkistana xüsusi diqqət yetirməyi, iki ölkə arasında münasibətlərdə nəzərə çarpacaq hər cür maneəni aradan qaldırılmasını tapşırmazdı. Hansı ki, Tramp bir çox iri təcarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq edir və bu addımın ikili əlaqələrə necə təsir edəcəyinə məhəl qoymur. Ən sevindirici hal da budur ki, prezident Şavkat Miriyoyev məhz yaranan fürsətdən ölkəsinin maraqları naminə maksimum yararlanmağa çalışır və düşünürəm ki, qardaş özbək xalqı müsbət nəticələri yaxın gələcəkdə aşkar hiss edəcək”.

https://dunyo.info/ru/about_uzb/Ozarbayjondan-munosabat-Oʻzbekiston-va-AQSH-oʻrtasidagi-strategik-sheriklikni-mustahkamlash-samarali-kelajakni-vada-qilmoqda


Reportyor.az




KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 14:44