mobil versiya

Şavkat Mirziyoyev Azərbaycana gələcək



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gələcək.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripov görüş zamanı deyib.
Qeyd edilib ki, hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.
Həmçinin Prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.

KARUSEL / SİYASƏT
Tarix: 19-07-2023, 14:50