mobil versiya

Sabah Özbəkistan Prezidentinin inauqurasiya mərasimi keçiriləcək


Özbəkistanda iyulun 9-da keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanan Şavkat Mirziyoyevin inauqurasiya mərasimi iyulun 14-nə təyin olunub.
Bu barədə Özbəkistan Senatının (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.
“Parlamentin yuxarı və aşağı palatası hazırkı Prezident Şavkat Mirziyoyevin inauqurasiya mərasiminin iyulun 14-nə təyin olunması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Şavkat Mirziyoyev 1989-cu ildən ölkəyə rəhbərlik edən Özbəkistan Prezidenti İslam Kərimovun ölümündən sonra 2016-cı və 2021-ci illərdə dövlət başçısı seçilib. O, 2023-cü il iyulun 9-da keçirilən növbədənkənar prezident seçkilərində 87,5 faiz toplayaraq inamlı qələbə qazanıb.


KARUSEL / DÜNYA
Tarix: 13-07-2023, 17:06