mobil versiya

Özbəkistan Prezidenti Azərbaycana səfərə gələcək



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında Azərbaycan diasporunun da iştirak etdiyi təntənəli Novruz şənliyində Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb. Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.
KARUSEL / SİYASƏT
Tarix: 24-03-2023, 11:42