mobil versiya

Əminə Yusifqızı vəfat edib


Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Bu barədə Xalq artistinin yaxınları bildirib.
Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda doğulub.
Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb.
1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.

Reportyor.az



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 15:26