I Qarabağ müharibəsində itkin düşən 251 nəfərin kimliyi müəyyən edilib - Sədr

I Qarabağ müharibəsində itkin düşmüş 251 nəfərinşəxsiyyətinin eyniləşdirilməsi mümkün olmuşdur. Onlardan 187 nəfər barədə artıq məlumat ictimaiyyətə açıqlanıb, nəşləri ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.
Bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Komissiya sədri qeyd edib ki, bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaqdır:
“Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin-şəhidimizlə bağlı məlumat veriləcəkdir”.
Əli Nağıyev əlavə edib ki, qazıntılarda aşkarlanmış meyit qalıqları ilə bağlıaparılmış ilkin təqdiqatlar və antropoloji müayinələr bu şəxslərin I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu sübutetmişdir.
“Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir”,- sədr vurğulayıb. (trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 10:47