mobil versiya

Etibar Məmmədov: "Ayaz Mütəllibovda cürət çatmadı ki, düzgün qərar versin" - VİDEO



"Nə Ayaz Mütəllibovda, nə Mərkəzi Komitənin katiblərində, nə də digər rəhbərlərdə cürət çatmadı ki, həmin vəziyyətdə düzgün qərarlar qəbul edə bilsinlər".

BAKU.WS xəbər verir ki, bu sözləri 90-cı illərdə siyasi xadim Etibar Məmmədov "Diqqət Mərkəzi" verilişində 20 Yanvar hadisələrindən danışarkən deyib.

O, əlavə edib ki, həmin vaxt Mərkəzi komitədə olarkən Azərbaycan xalqı və siyasi rəhbərlərin xilas yolunu onlara çatdırıb:

"Mən təəccüb edirəm ki, Ayaz Müttəlibov belə bir söz deyir. Niyə eşitmədi ki, Ayaz Mütəllibovla bundan əvvəl mən iki dəfə görüşmüşdüm və normal söhbətlərimiz, münasibətlərimiz olub. O da həmin işlərə həmişə anlayışlı yanaşırdı. O, həmişə əli ilə başının üstündəki portretə göstərirdi ki, məndən asılı deyil, onlardan asılıdır. Vəzirovu da ittiham edirdi.

Nə Ayaz Mütəllibovda, nə Mərkəzi Komitənin katiblərində, nə də digər rəhbərlərdə cürət çatmadı ki, həmin vəziyyətdə düzgün qərarlar qəbul edə bilsinlər. Mərkəzi komitədə olarkən yanvar ayının 19-da onlara dedim ki, siz Azəraycan xalqı və özünüzü xilas edə bilərsiniz.

Yığışın pleniumu çağırın və Vəzirovun vəzifədən kənarlaşıdırılmasını elan edin. Bunlar o cürəti özlərində tapmadılar. Bundan sonra onların kimisə ittiham etməsinə ixtiyarı yox idi".



BANNER / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 21-01-2020, 11:11