“Allah mənim vəziyyətimə heç kəsi salmasın” - Ayaz Mütəllibov (VİDEO)
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov "Space TV"nin efirində yayımlanan "Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.
O, 10 min manat təqaüd aldığını bildirib:
“Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, "Ayaz müəllim bu sizsiniz?" deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb-razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir. Allah mənim vəziyyətimə heç kəsi salmasın”.
MARAQLI / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 6-10-2019, 14:26