mobil versiya

“Baldızım hər gün içib, bizi evdən qovur” - Bakıda qəribə hadisə - VİDEO



“Baldızım içir. Məni iki uşaqla küçəyə atır. Ərim gecə işdə olur. O da içir. Baldızım içəndə özünü idarə edə bilmir. Məni qovur, sonra düşür dalımca ki, bağışla, içkili olmuşam. Öpür məni. Evə aparır. Bir gün sonra yenə eyni şeyi edir. Bezmişəm”.


REPORTYOR.AZ xəbər verir ki, bunu evdən qovulan iki uşaq anası Zöhrə deyib.

O, “Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişində bu barədə məlumat verib. 

Daha sonra Amil Xəlil məsələdə adı hallanan Günellə danışıb. O, iddiaları qismən qəbul edib:                                                                                                                                                         
“İçmişəmsə, o da içib. Bəli, onu döymüşəm, amma səbəb var”.


 
Zöhrənin əri də açıqlama verib. O, imkansızlıqdan bir evdə yaşadıqlarını deyib və bir həftə vaxt istədiyini bildirib. 
“Bir həftə vaxt verin, hər şey yaxşı olacaq”, - deyə Sübhan qeyd edib

BANNER / KARUSEL / HADİSƏ
Tarix: 7-02-2020, 15:00