Bayden Putinlə danışıqlara hazırdır

Bu barədə Amerika lideri cümə axşamı Ağ Evdə mətbuat konfransında bildirib.
“Fakt budur ki, mənim yaxın gələcəkdə cənab Putinlə əlaqə saxlamaq fikrim yoxdur. Sözlərimi çox diqqətlə seçəcəyəm: Əgər Putin həqiqətən müharibəni bitirmək üçün bir yol tapmaqda maraqlıdırsa, onunla danışmağa hazıram. Lakin o, hələ bunu etməyib. Əgər belədirsə, o zaman NATO-dakı dostlarımla məsləhətləşərək, Putinin fikirlərini öyrənmək üçün onunla danışıqlar masası arxasında əyləşməkdən məmnun olaram”, - deyə Bayden bildirib.
O əlavə edib ki, ABŞ Ukrayna xalqını dəstəkləməlidir.//Oxu.az
DÜNYA
Tarix: 2-12-2022, 08:43