Gənc oğlanı 60000 manata görə güllələdilər
Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb.
Ağdam rayon Prokurorluğundan REPORTYOR.AZ-a verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. C.İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, C.İsmayılovun O.Məmmədovun atası Bəhlul Məmmədova 60000 manat borcu olub.
Faktla bağlı araşdırma aparılır.
HADİSƏ / ÖLKƏ
Tarix: 5-12-2019, 15:00