mobil versiya

Kürdəmirin mərkəzi bazarında yanğın


Kürdəmir rayonunda ümumi sahəsi 12350 m² olan Bazar MMC-nin ərazisində 800 m² sahədə 12 mağaza yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 11550 m² ərazi və 170 mağaza yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 /Trend/
HADİSƏ / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 2-09-2019, 07:59