mobil versiya

Abşeronda dəhşət - Maşın həyətdə oynayan 4 yaşlı uşağın üstündən keçdi




Xırdalan şəhərində körpə avtomobilin altında qalıb.

REPORTYOR.AZ
APA-ya istinadən xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Qonşuluqda yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.
KARUSEL / HADİSƏ
Tarix: 20-06-2022, 10:30