Türkiyəli məşhurlar polisə çağırıldı - Aylin Coşkun, Necati Şaşmaz, Erkan Petekkaya və…
Türkiyədə “Sarallar" kimi tanınan mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən əməliyyatla bağlı bəzi məşhurlar polis bölməsinə çağırılıb.
Sfera.az bildirir ki, müğənni Aylin Coşkun, aktyor Necati Şaşmaz, Erkan Petekkaya və Sinan Enginin istintaq çərçivəsində ifadələri dinlənilib. Digər tərəfdən İstanbulun 13 vilayətində keçirilən əməliyyatda saxlanılanların sayı 119-a yüksəlib. Dəstə başçısı olduğu iddiası ilə saxlanılan iş adamı Erdal Acarın mafiya rəhbəri kimi süfrələr qurduğu, həmkarlarına xərac verdiyi iddiaları irəli sürülüb.
Qeyd edək ki, “Sarallar” qrupunun təşkil etdiyi əməliyyatda 1500 polis əməkdaşı iştirak edib. İstanbul mərkəzli Yalova, Kocaeli, Manisa, Muğla, İzmir, Antalya, Sakarya, Trabzon, Tekirdağ, Samsun, Ankara və Artvində eyni vaxtda keçirilən əməliyyatlar zamanı şübhəlilərin evlərində 46 sənədsiz tapança, 55 maqazin, 6 ov tüfəngi, 1 qələm şəkilli sui-qəsd silahı, 1 səsboğucu, min patron, 1 polad jilet, çoxlu çek, veksel və rəqəmsal materiallar, 900 min dollar və 413 min avro müsadirə edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 5-07-2022, 13:13