mobil versiya

Azərbaycanda iti insanların gözü qarşısında güllələyən şəxsin kimliyi bilindi - YENİLƏNİB/VİDEO




Şirvan şəhərində sahibsiz küçə itini güllələyən şəxsin kimliyinə aydınlıq gəlib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun verdiyi məlumata görə, iti tüfənglə öldürən şəxs artıq müəyyən edilib və barəsində araşdırmalar aparılır.

Araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhəri Bülbül küçəsində yaşayan bir neçə sakin Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edərək küçədə sahibsiz gəzən bir itdə quduzluq əlamətləri olduğunu, sakinlərə və azyaşlı uşaqlara hücum etdiyini bildiriblər. Vətəndaşların müraciəti əsasında şəhər Kommunal Təsərrüfat İdarəsinin əməkdaşı Varis Quliyev həmin küçədə olub və ona təhkim olunmuş xidməti ov silahı ilə həmin iti zərərsizləşdirib.

Lakin V.Quliyevin əməlində İXM-nin 520-ci (yaşayış məntəqəsində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma) və 589-cu (xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması) maddələrinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati icraat başlanılıb və araşdırmalar davam etdirilir.

***13.20

Azərbaycanda küçə itlərindən biri məhəllənin ortasında tüfənglə vurulub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, hadisə Şirvan şəhəri, Bülbül 9A küçəsində qeydə alınıb.

Bildirilir ki, sahibsiz itlərdən birinə adı çəkilən küçədə yerli sakinlərdən biri tərəfindən baxılıb. Ona yemək və su da verilib. Lakin sonradan qonşular həmin küçədə itin olmasından narazı qalıblar. Bundan sonra "Komxoz" idarəsinin əməkdaşlarından biri iti məhəllənin ortasında tüfənglə vurub.
Hadisədən narazı olan sakinlərdən biri iti güllələyən şəxs barədə polisə şikayət də edib.



KARUSEL / ÖLKƏ
Tarix: 29-07-2022, 18:00