mobil versiya

Orxan Lökbatanlının məşhur modellə oteldə görüntüsü yayıldı - FOTO



Model Aysu Bədəlzadə meyxanaçı Orxan Lökbatanlı ilə bərabər görüntüsünü paylaşıb.

BAKU.WS xəbər verir ki, Aysunun paylaşdığı fotonun otel otağında çəkilməsi izləyiciləri qıcıqlandırıb. 

Aysunu evli kişi ilə görüşdüyü üçün ittiham edənlər də olub, onlara xoşbəxtlik arzulayanlar da. 

Maraqlıdır ki, şərhlərə cavab verən Aysu Orxanı sevdiyini yazıb. 

Qeyd edək ki, boşanma ərəfəsində olduğu deyilən Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə sevgili olması xəbərlərini təkzib edir. O, heç kimlə sevgili olmadığını, ailəsində isə hər şeyin qaydasında olduğunu bildirib. 

Xatırladaq ki, model Aysu Bədəlzadə ATV telekanalında yayımlanan “Dəb Mənəm” verilişi ilə məşhurlaşıb.



KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 12-10-2019, 11:11