"Taliban" KTMT-nin Əfqanıstandakı vəziyyətlə bağlı narahatlığını rədd edir
İslam Əmirliyi KTMT-nin Əfqanıstandakı vəziyyətlə bağlı narahatlığını təkzib edib.
"Tolo news" xəbər verir ki, bu barədə İslam Əmirliyinin sözçüsü Zabiullah Mücahid bildirib. Z.Mücahid deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Əfqanıstanla bağlı heç bir narahatlığı olmamalıdır: "Əfqanıstan indi əvvəlkindən daha təhlükəsizdir və heç bir insident baş verməyib və bizdə nəzarətsiz üsyançı və fərd yoxdur. Hökumət bütün Əfqanıstana nəzarət edir və biz heç bir təhlükəsizlik problemi görmürük”.
Qeyd edək ki, KTMT Nazirlər Şurasında Əfqanıstan üzrə İşçi Qrupun 37-ci iclası keçirilib. İclasda Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat qəbul edilib. Bəyanatda Əfqanıstandakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıldığı, iştirakçıları təhlükəsizlik vəziyyətində xoşagəlməz tendensiyaların davam etdiyi, o cümlədən bu ölkənin ərazisindən irəli gələn terror və narkotik təhlükələrinin artdığı, Əfqanıstanın hələ də ağır iqtisadi vəziyyətdə olduğu və əfqan xalqının sosial və humanitar sahədə problemlərlə üzləşdiyi qeyd olunub.
KARUSEL / DÜNYA
Tarix: 1-05-2023, 09:43