Paytaxtda ağacların inventarlaşdırılması işləri davam etdirilir
Paytaxtın bəzi ərazilərində müxtəlif ağacların inventarlaşdırılması işləri müvafiq qaydada davam etdirilir.
Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı icra hakimiyyətləri ilə danışıqlar aparılıb: “Hazırda tədbirlər planı əsasında inventarlaşdırma prosesləri paytaxtda və Abşeron rayonu ərazində aparılır. Proses Bakıda və Abşeronda mövcud olan yaşıllıq ərazilərin, ağacların müvafiq qaydada qeydiyyata alınmasından ibarətdir. Həmin istiqamətdə bir sıra tədbirlər görülüb. Görülən tədbirlər barədə ictimaiyyətə məlumat verilməsi məqsədilə yaxın zamanlarda media nümayəndələri üçün brifinq keçiriləcək”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-07-2023, 16:37