mobil versiya

“Humanitar yükü Qırmızı Xaçın Azərbaycan nümayəndəliyi aparmalıdır” –ZAUR İBRAHİMLİ


Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələrində Azərbaycanın Qarabağ bölgəsinə dəfələrlə qanunsuz qaçaqmal daşınması ciddi qanun pozuntusudur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələri bununla öz səlahiyyətlərindən sui-istifadə edirlər. Komitə neytrallıq və qərəzsizlik prinsiplərinə əsaslanaraq humanitar məqsədlər üçün fəaliyyət göstərməlidir Lakin görünür Komitənin Ermənistan nümayəndəliyi öz prinsipləri ilə işləyir və artıq buna “dur” deməyin vaxtı çatıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi faktını aşkarlaması, bu qanun pozuntularının müvfiq surətdə sənədləşdirməsi mənizl-qərargahı, Cenevrəni hərəkətə gətirməlidir. Komitənin Ermənistan nümayəndiliyi, Azərbaycanın Qarabağ bölgəsindəki təmsilçiliyi barəsində məsuliyyət tədbirləri görülməlidir.Həmçinin, bundan sonra bu işlər Komitənin Azərbaycan nümayəndəliyinə həvalə edilməlidir. Azərbaycanın ərazisində başqa ölkənin nümayəndəliyinin fəaliyyəti də beynəlxalq hüquq normalarının pozulmasıdır.

Komitənin Prezidenti, Dirktorluğu, Assameya Şurası da bu faktlarla əlaqədar öz münaisbətini açıqlamalıdır. omitənin Ermənistan nümayəndiliyinin fəaliyyəti ciddi təftiş olunmalıdır və müvafiq tədbirlər görülməlidir.
BQXK-nin Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana qarşı fəaliyyət aparan ölkələrin vətəndaşları var, onlar daim ölkəmiz qarşı mənfi münaisbəti ilə seçilirlər və bunu gizlətmirlər. Belə belə şəxslərin bir neçəsi Azərbaycanı tərk etməli olub.

Rəsmi Bakı da bu cür hallara qarşı sərt münasibət sərgiləməlidir. Azərbaycanın müvafiq dövlət orqanları BQXK-nın öz mandatına uyğun, Azərbaycan qanunları və beynəlxalq hüquq normaları çərçivəsində işləməsi üçün onu cavabdeh saxlamlıdır.

Zaur İBRAHİMLİ 
Politoloq


KARUSEL / SİYASƏT
Tarix: 11-07-2023, 13:26