mobil versiya

Musavat partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab alıb



Ədliyyə Nazirliyi Müsavat Partiyasının qeydiyytat üçün təqdim etdiyi 5 min nəfərlik üzvlük siyahısını təsdiqləməyib.

Bu barədə Müsavat başqanı Arif Hacılı bildirib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab alıblar.
Nazirliyin göndərdiyi rəsmi məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb.
Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilib.
“Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik. Bu da yetərli olmasa daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”-deyə A.Hacılı bildirib.

KARUSEL / SİYASƏT
Tarix: 19-07-2023, 15:59