mobil versiya

"Vaqner"in 13-cü karvanı Belarusa yola düşüb


Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin avtomobil və hərbi texnikadan ibarət 13-cü karvanı Belarusa yola düşüb.
Məlumatı “Belaruski Qayun” monitorinq qrupu yayıb.
Bildirilib ki, karvanda 80-ə yaxın avtomobil, o cümlədən, piyadaların zirehli maşını, benzin daşıyan, "PAZ" avtobusları, yük avtomobilləri var.
Məlumata görə, onları Ukraynanın işğal altında olan Luqansk vilayətndən Dövlət Yol Polisi müşayiət edib. İnformasiyaya əsasən, onlar Belarusda Tsel qəsəbəsində çadır düşərgədə məskunlaşacaq.
Qeyd edək ki, bu qəsəbə Belarusun Mogilyov vilayətinin Osipoviç rayonunda yerləşir. 2023-cü ilin iyulunda “Vaqner”in lideri Yevgeni Priqojının Rusiyadakı qiyamından onlar oraya köçüb.(report)


KARUSEL / DÜNYA
Tarix: 28-07-2023, 12:33