mobil versiya

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adla vətəndaşlardan pul yığan dələduz saxlanılıb


Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb. 
DİN-nin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə o, saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb. 

Araşdırmalar davam etdirilir.
Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.





KARUSEL / HADİSƏ
Tarix: 4-08-2023, 13:38