Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırmasını tələb edir

Bu barədə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.
"Bununla yanaşı, Azərbaycan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qondarma “hökumət” strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsini tələb edir. Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər" - deyə bildirilib.
KARUSEL / GÜNDƏM
Tarix: 18-09-2023, 18:01