mobil versiya

"Fransada hicab qadağası Olimpiya ruhuna ziddir": İslam idman qurumu







Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda yerləşən 57 üzvdən ibarət İslam Həmrəyliyi İdman Federasiyası (ISSF) Fransanın ölkənin dünyəviliklə bağlı sərt qaydalarına uyğun olaraq qəbul etdiyi qərardan dərin narahatlığını bildirib. 

Əksəriyyəti müsəlman ölkələrdən olan bir qrup idman federasiyası, Fransanın Olimpiya idmançılarına hicab taxmağı qadağan etmək qərarının istisna siqnalı olacağınını söyləyib.
Fransanın idman naziri Amelie Oudea-Kastera bir müddət əvvəl qonaq olduğu “France 3” kanalına müsahibəsində bildirib ki, Fransa hökuməti idman tədbirləri zamanı hər hansı dini simvolların nümayişinə qarşıdır: "Bunun mənası nədir? Bu, hər cür prozelitizmin qadağan edilməsi deməkdir. Bu, dövlət xidmətlərində mütləq neytrallıq deməkdir”.
ISSF verdiyi bəyanatda hicabın bir çox müsəlman qadının şəxsiyyətinin bir cəhəti olduğunu və ona hörmət edilməli olduğunu bildirib və əlavə edib ki, Fransanın qadağası bəzi fransız müsəlman idmançılarının yarışmasına mane ola bilər: “İdmançıları üçün hicab qadağası tətbiq etməklə, ev sahibi Olimpiya ruhuna zidd olan təcrid, dözümsüzlük və ayrı-seçkilik mesajı göndərəcək”.
Bəyanatda Fransa hakimiyyəti bu qadağaya yenidən baxmağa və Fransadakı müsəlman idman ictimaiyyəti ilə mənalı əlaqəyə çağırılır.
ISSF 1985-ci ildə Səudiyyə Ərəbistanının Ciddədə yerləşən İslam Əməkdaşlıq Təşkilatının üzvlərinə idman fəaliyyətinin bütün aspektlərində xidmət göstərmək üçün yaradılıb.
Təşkilat beş dəfə İslam Həmrəyliyi Oyunlarını təşkil edib, sonuncusu keçən il Türkiyədə keçirilib.
BMT-nin insan haqları ofisi Fransanın idmançılarına hicab qadağası ilə bağlı birbaşa müraciət etməyib, lakin sözçüsü keçən həftə deyib ki, heç kim qadına geyinməli və ya geyinməməli olduğunu məcbur etməməlidir.



KARUSEL / DÜNYA
Tarix: 3-10-2023, 11:50