mobil versiya

Yol polisinə yeni avtomobillər verilib



Sosial şəbəkələrdə Dövlət Yol Polisinə aid yeni avtomobillərin fotoları yayılıb.
Yayılan görüntülərdə avtomobilin "VOLVO S90" modeli olduğu görünür.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.
Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.


KARUSEL / CƏMİYYƏT
Tarix: 31-10-2023, 17:26