Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verdi
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak edib.
"Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə hərtərəfli hesabat təqdim edilib. Azərbaycan Qoşulmama Hərəkatının Üçlüyü çərçivəsində Hərəkatın daha da güclənməsinə və inkişafına töhfə verməyə sadiqdir" - deyə bildirilib.
KARUSEL / SİYASƏT
Tarix: 19-01-2024, 14:51