mobil versiya

Narkotik satan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb



Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namin Rzayev saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana, narkotik tərkibli həblər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
KARUSEL / HADİSƏ
Tarix: 20-01-2024, 09:58