mobil versiya

Rusiya səfiri Fransa XİN-ə çağırıllb


Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Ukraynada fransız humanitar təşkilatlarının iki əməkdaşının ölümü ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq. 

“AzPolitika.info” xəbər verir ki, bubarədə “LeParisien” və “LeFigaro” qəzetləri yazır.

Fevralın 1-də Rusiya hərbçilərinin Xerson vilayətinin Berislav şəhərini atəşə tutması nəticəsində iki humanitar missiya işçisi, Fransa vətəndaşı həlak olub. Daha üç əcnəbi yaralanıb.

Fransanın xarici işlər naziri Stefan Sejournet isə Rusiyanın cinayətlərinə görə cavab verəcəyini vəd edib.

Yanvar ayında Rusiya Müdafiə Nazirliyi Xarkova endirilən zərbələrdən birində 60 fransız “muzdlu”nun öldürüldüyü barədə bəyanat vermişdi.

Fransa isə Ukraynada fransız muzdlularının olmasını inkar edir və qeyd edir ki, Fransa vətəndaşları fərdi qaydada Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşə bilər.

“Le Figaro” qeyd edir ki, Rusiya səfiri Aleksey Meşkovun Fransa Xarici İşlər Nazirliyinə izahat üçün çağırılması ilk dəfə deyil. 2022-ci ildə o, o vaxtkı nazir Jan-İv Le Drian tərəfindən Ukraynanın Buça şəhərində törədilən qanun pozuntuları ilə bağlı “ədəbsiz” tvit yazdığına görə səfirliyə çağırılıb.
KARUSEL / DÜNYA
Tarix: 5-02-2024, 17:29