Bakıda azyaşlı məktəbliləri zorlayan seksual manyakdan YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıları zorlamaqda təqsirləndirilən S.A.-nın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, S.Ağayev azyaşlı məktəbliləri zorlamaqda ittiham edilir.
Cinayət işi üzrə 19 zərərçəkmiş var.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 10-12-2019, 20:00