mobil versiya

“Hizbullah” İsrailin şimalında yerləşən hərbi bazaya onlarla raket atıb



Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsrailin şimalında yerləşən hərbi bazaya onlarla raket atıb.
“Hizbullah” hədəfin Meron dağındakı hava nəqliyyatına nəzarət bazası olduğunu bildirib. Hücumun İsrailin bazar ertəsi günü Livanın Baalbek şəhərinə hava zərbələrinə cavab olaraq edildiyi bildirilir. Raket zərbələri nəticəsində İsrail tərəfinin itkiləri barədə məlumat verilmir.
Meron dağındakı baza əvvəllər də “Hizbullah” tərəfindən hücuma məruz qalıb.
Qeyd edək ki, İsrailin Qəzza sektorunda başladığı hərbi əməliyyatlar Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Nəticədə bəzi qruplaşmalar İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumları genişləndirib. Eyni zamanda, SAXAL və “Hizbullah” bir-birlərinin mövqelərini mütəmadi olaraq atəşə tuturlar.

KARUSEL / DÜNYA
Tarix: 27-02-2024, 12:41