Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti Şəhidlər xiyabanını və Fəxri Xiyabanı ziyarət edib

Azərbaycanda səfərdə olan Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanını ziyarət edib.
Nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


Bolqarıstan nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
KARUSEL / SİYASƏT
Tarix: 4-03-2024, 12:56