mobil versiya

Narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb



Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb.
Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədilə Ağcabədi rayonuna gətirdiyini bildirib.
Bundan başqa, rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 26-03-2024, 10:45