mobil versiya

Tərtərdə məktəblilərin davasından sonra ölüm faktı ilə bağlı cinayət işi başlanılıb



Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.
Baş prokurorluğun məlumatına görə, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 7-05-2024, 11:40