mobil versiya

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib



“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri mayın 9-u və həftəsonu günlərinə təyin edilir. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

KARUSEL / SOSİAL
Tarix: 7-05-2024, 14:15