mobil versiya

Azad edilmiş ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb



Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Bu barədə DİN-in yaydığı məlumatda deyilir.
"Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir", - qurumdan qeyd edilib.
Vurğulanıb ki, həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 40 avtomat silahı, 8 tapança, 3 pulemyot, 15 tüfəng, 62 qumbara, 2 qumbaraatan, 1 mərmi, 2 partlayıcı, 30 alışdırıcı, 183 patron darağı, 10151 ədəd müxtəlif çaplı patron, 32 ədəd süngü-bıçaq və digər sursatlar, Ağdərə, Qubadlı, Tərtər, Ağdam, Cəbrayıl, Kəlbəcər və Xocalı rayonları ərazisindən isə ümumilikdə 1 pulemyot, 1 tapança, 16 qumbara, 1 qumbaraatan, 7 mərmi, 1 mina, 6 patron darağı və 779 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Qeyd olunub ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
KARUSEL / ÖLKƏ
Tarix: 27-05-2024, 09:59