mobil versiya

Axtarışda olan muğənni Afət Fərmanqızı saxlanılıb



Müğənni Afət Fərmanqızı saxlanılıb.
Bu barədə Adalet.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müğənni Afət Fərmanqızı polis əməkdaşları tərəfindən bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq aidiyyatı üzrə məhkəməyə təhvil verilib.
Qeyd edək ki, müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva-Bakı reysiyə Azərbaycana gəlib. Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunub.

KARUSEL / HADİSƏ
Tarix: 27-05-2024, 17:00