İtkin düşmüş Azərbaycan əsgəri ilə bağlı Ermənistan tərəfindən açıqlama
Bizdə Azərbaycan Ordusunun hərbi qulluqçusunun Azərbaycan-Ermənistan sərhədini keçməsi barədə hər hansı məlumat yoxdur.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, sözügedən faktı təsdiqləyəcək hər hansı informasiya olarsa, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.(apa)
KARUSEL / GÜNDƏM
Tarix: 10-06-2024, 16:34