mobil versiya

AİB bu il inkişaf etməkdə olan Asiya və Sakit okean regionunun iqtisadi artım proqnozunu yüksəldib



Asiya İnkişaf Bankı (AİB) artan regional ixrac və dayanıqlı daxili tələbat hesabına bu il inkişaf etməkdə olan Asiya və Sakit okean  regionunun iqtisadi artım proqnozunu 4.9%-dən 5.0%-ə yüksəldib. Gələn il üçün artım proqnozu 4,9% səviyyəsində saxlanılır. 

Bu gün dərc olunmuş Asiyanın İnkişaf Perspektivləri (ADO) hesabatının iyul, 2024 buraxılışına əsasən, qlobal ərzaq qiymətlərinin azalması və yüksək faiz dərəcələrinin uzunmüddətli təsirləri fonunda bu il inflyasiyanın 2,9%-ə qədər azalacağı proqnozlaşdırılır.

Post-pandemiya dövründə əsasən daxili tələbat hesabına baş verən bərpa prosesindən sonra ixracda canlanma müşahidə olunur və bu, regionun iqtisadi artımını sürətləndirməyə kömək edir. Elektronikaya, xüsusilə yüksək texnologiya və süni intellekt tətbiqləri üçün istifadə olunan yarımötürücülərə böyük qlobal tələbat bir sıra Asiya ölkələrinin ixracatını artırır.
    
AİB-in baş iqtisadçısı Albert Park bildirib: “Asiya və Sakit okean  regionunun əksər ölkələrində keçən ilin ikinci yarısı ilə müqayisədə daha sürətli iqtisadi artım müşahidə edilir.” “Bölgənin əsas iqtisadi artımı güclü olaraq qalır. Lakin siyasətçilər hələ də regionun əsas iqtisadiyyatlarında seçki nəticələri ilə bağlı qeyri-müəyyənlik, faiz dərəcəsinə dair qərarlar, habelə geosiyasi gərginlik də daxil olmaqla inkişaf perspektivinə təsir edə biləcək bir sıra riskləri nəzərə almalıdırlar”.

Regionda inflyasiya pandemiyadan əvvəlki səviyyəyə qayıtsa da, bəzi iqtisadiyyatlarda qiymət artımına nəzarət güclü olaraq qalır. Cənubi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean  regionunda ərzaq inflyasiyası hələ də yüksəkdir. Buna qismən də bəzi iqtisadiyyatlarda əlverişsiz hava şəraiti və ərzaq ixracına olan məhdudiyyətlər səbəb olur.

Regionun ən böyük iqtisadiyyatı olan Çin Xalq Respublikası (ÇXR) üçün artım proqnozu bu il 4,8% səviyyəsində saxlanılıb. ÇXR-in çətinliklə üzləşən əmlak sektoru hələ sabitləşməsə də, xidmət istehlakında davamlı yaxşılaşma, gözləniləndən daha güclü ixrac və sənaye sahəsindəki aktivlik iqtisadi böyüməyə təkan verir. Hökumət may ayında əmlak bazarına dəstək üçün əlavə tədbirlər tətbiq edib.

Bölgənin ən sürətlə böyüyən iqtisadiyyatı olan Hindistan üçün də 2024-cü maliyyə ilində 7.0%-lik artım proqnozu dəyişməz qalıb. İstehsal və tikinti sahəsində olan yüksək tələbata görə Hindistanda sənaye sektorunun güclü şəkildə böyüməsi proqnozlaşdırılır. Musson yağışları normadan çox olması gözlənilir. Bu da öz növbəsində kənd təsərrüfatının yenidən canlanmasına səbəbolacaq. Eyni zamanda dövlət investisiyalarına olan tələbat güclü olaraq qalır.

Cənub-Şərqi Asiya üçün daxili və xarici tələbatda olan yüksəliş bu il artım proqnozunu 4,6% səviyyəsində saxlayıb. Qafqaz və Mərkəzi Asiya regionu üçün builki iqtisadi artım üçün proqnoz 4,3%-dən 4,5%-ə yüksəldilib. Bu, qismən Azərbaycan və Qırğızıstan Respublikasında gözləniləndən daha güclü artım hesabına baş verib. Sakit Okean regionunda 2024-cü il üçün artım proqnozu, Papua Yeni Qvineyada mədənçilik sahəsinin canlanması ilə yanaşı, turizm gəlirləri və infrastruktur investisyaları hesabına artım 3,3% səviyyəsində saxlanılıb.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit okean  regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb və 49-u regiondan olmaqla 68 üzv ölkə bankın səhmdarlarıdır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-07-2024, 09:46