mobil versiya

Məktəbli formalarının satış ünvanları



Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli formalarının satış ünvanlarını açıqlayıb. Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, valideyn keçid (https://shorturl.at/6ptf0) vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilər. Siyahıda adlarının qeyd edilməsini istəyən digər sahibkarlıq subyektləri məntəqənin yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı [email protected] ünvanına məlumat verə bilərlər.







KARUSEL / ÖLKƏ
Tarix: 7-08-2024, 12:45