mobil versiya

Qaxda çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu aşkarlanıb



Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı İbrahim Nəsibov saxlanılıb. 
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb. 
Onun Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 12-08-2024, 09:39