mobil versiya

FHN-nin itkin düşən keçmiş əməkdaşı güllələnərək öldürülüb


Qusarda Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı öldürülüb.
Bir neçə gündür itkin kimi qeydiyyata alınan 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlunun meyiti tapılıb.
Onun güllələnərək öldürüldüyü məlum olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qətlə yetirilən şəxs Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşıdır, o, əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

KARUSEL / HADİSƏ
Tarix: 20-08-2024, 12:21