Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Reportyor.az xəbər verir ki, bu barədə "Azərtac"a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildiriblər.
Həmin ərazi daim BŞİH-in nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:42