AYNA növbəti mərhələdə görəcəyi işləri açıqlayıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA növbəti mərhələdə hansı işləri görəcək?
Reportyor.az xəbər verir ki, qurum görüləcək işlərin siyahısını açıqlayıb.
Mobilliyin transformasiyası proqramı çərçivəsində növbəti mərhələdə görüləcək işlər:
Marşrutların optimallaşdırılması;
Avtobusların sayının artırılması;
Parkların ekoloji cəhətdən təmiz avtobuslar hesabına yenilənməsi;
Taksi sahəsində islahatların yekunlaşdırılması; Mikromobilliyin təşviqi;
Yol hərəkətinin təşkili;
Piyada infrastrukturunun təkmilləşdirilməsi.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-01-2025, 10:02