mobil versiya

AYNA taksi sifarişi operatorlarına qarşı ciddi tədbirlər görəcək




Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

Reportyor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın 141-Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”, - deyə AYNA-nın yaydığı məlumatında bildirilir.


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:03