"E-taksi" alt sistemi yaradılıb
Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
Məlumata görə, operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimındə həmin sistemə ötürəcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və yol polisi əməkdaşları buraxılış kartlarını yoxlayacaq.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 8-04-2024, 15:14