ADY-nin şəhərətrafı qatarları 29 yanvarda iş günü qrafiki üzrə fəaliyyət göstərəcək
“Azərbaycan Dəmir Yolları” QSC- nin şəhərətrafı qatarları 29 yanvarda iş günü qrafiki üzrə fəaliyyət göstərəcək.
Reportyor.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub.
Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:21