mobil versiya

Əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb



Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 661,9 mln. manat təşkil edib ki, bu da indiyədək olan ən yüksək göstəricidir.
Əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 3% və ya 426,3 mln. manat, son bir ildə isə 13,2% və ya 1 mlrd. 714,1 mln. manat artıb.
Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirir.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun "Pul və Maliyyə Statistikası" metodologiyasına əsasən fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri də sözügedən əmanət həcminə daxil edilib.(apa)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 13:03