Banklardakı əmanətlərin 61,8 faizi milli valyutada qoyulub
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,4 faiz artaraq, aprel ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 964,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 61,8 faizi milli, 38,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,1 faiz artıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-05-2023, 12:01