mobil versiya

“Bir damla ilə heç kimi həyəcanlandıra bilməzsiniz” – BƏƏ-nin hədiyyəsi Trampı məmnun etməyib



BƏƏ-də enerji sahəsində ABŞ ilə ortaq əməkdaşlıq üçün bir razılaşma imzalanıb.

Anlaşma mərasimi zamanı Trampa dünyanın ən yüksək keyfiyyətli nefti hesab edilən neftdən simvolik olaraq bir damla hədiyyə olunub.

Təqdimatdan sonra jurnalistlərə açıqlama verən Trump, hədiyyə ilə bağlı tənqidi fikir bildirib:“Bu planetdəki ən keyfiyyətli neftdən söhbət gedir və mənə sadəcə bir damla verdilər. Bu səbəbdən həyəcanlanmıram. Bir damla ilə heç kimi həyəcanlandıra bilməzsiniz”.

Trumpın bu çıxışı media və ictimaiyyət arasında geniş maraqla qarşılanıb.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 16-05-2025, 14:39